İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günündə uğurlu çıxış ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i269140-İran_idmançıları_iv_İslam_həmrəyliyi_oyunlarının_3_cü_günündə_uğurlu_çıxış_ediblər
İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günü günortaya qədər inamlı təsir bağışlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2017 11:57 Asia/Baku
  • İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günündə uğurlu çıxış ediblər
    İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günündə uğurlu çıxış ediblər

İran idmançıları IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günü günortaya qədər inamlı təsir bağışlayıblar.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu gün İranın gimnastika üzrə yığması Azərbaycan və Türkiyə yığmalarından sonra üçüncü yeri tutub.

200 metrlik qurbağalama növündə də günortadan öncə Arya Nəsimişad 8 nəfərlə birlikdə finala vəsiqə qazanıb.

Arya Nəsimişad bu gün günortadan sonra Mehdi Ənsari və Camal Çavuşifərlə birlikdə finalda yarışacaq.

Atıcılıq növündə də İranın üç atıcısı qadınlar üzrə 25 metrlik tapançanın finalına vəsiqə qazanıb.

Karatedə +84 kq çəki dərəcəsində Səccad Gənczadə ilk döyüşdə ərəbistanlı rəqibini, ikinci döyüşdə indoneziyalı rəqibini, üçüncü oyunda isə azərbaycanlı rəqibini məğlub edərək finala vəsiqə qazanıb.

İranlı cüdoçu Səid Mövlayi də bu gün -81 kq çəki dərəcəsində türkmənistanlı rəqibini ilk 30 saniyədə ippon fəndi ilə məğlub edib, ikinci görüşdə qırğız rəqibinə qalib gələrək finala vəsiqəni təmin edib.

Bu gün günortadan sonra finalçılar rəqibləri ilə mübarizə aparacaq və komanda idman yarışlarında da İranın su polosu üzrə yığma komandası Ərəbistanla, voleybol komandası isə Qətər yığması ilə qarşılaşacaq.