Naxçıvanda İmam Xomeyni(r.ə)-in şəxsiyyəti haqda konfrans keçiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i270228-naxçıvanda_İmam_xomeyni(r.ə)_in_şəxsiyyəti_haqda_konfrans_keçiriləcək
Naxçıvan Muxtar Respublikasında İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin miqyasının araşdırılması üzrə ixtisaslaşdırılmış konfrans keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 11:10 Asia/Baku
  • Naxçıvanda İmam Xomeyni(r.ə)-in şəxsiyyəti haqda konfrans keçiriləcək
    Naxçıvanda İmam Xomeyni(r.ə)-in şəxsiyyəti haqda konfrans keçiriləcək

Naxçıvan Muxtar Respublikasında İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin miqyasının araşdırılması üzrə ixtisaslaşdırılmış konfrans keçiriləcək.

IRIB-nin Bakı ofisinin İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğuna istinadlı məlumatına görə, İran İslam İnqilabının dahi banisinin ilahi rehlətinin 28-ci ildönümü günü münasibətilə keçiriləcək bu birgünlük konfrans Naxçıvan ilə İranın elmi mərkəzlərinin həmkarlığı ilə mayın 25-də Naxçıvanda təşkil olunacaq.

Bu konfransda iranlı və naxçıvanlı tədqiqatçılar və mütəfəkkirlər tərəfindən məqalələrin təqdim olunmasından əlavə, xanım Fatimə Təbatəbainin yazdığı "Xatirələr iqlimi" kitabı, həmçinin tanınmış naxçıvanlı sənətkar və rəssam Eldar Zeynalovun çəkdiyi İmam Xomeyni(r.ə.)-in portretinin təqdimatı olacaqdır.

Bu il Naxçıvan Muxtar Respublikasında üçüncü dəfə keçirilən bu konfrans Naxçıvanın tanınmış şəxsiyyətləri tərəfindən rəğbətlə qarşılanıbdır.