Gürcüstanda Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i271408-gürcüstanda_Əfqan_muxtarlının_müdafiəsi_ilə_bağlı_aksiya_keçirilib
Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2017 16:26 Asia/Baku
  • Əfqan Muxtarlı
    Əfqan Muxtarlı

Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.

Əllərində gürcü və ingilis dilində «Əfqan Muxtarlıya azadlıq!» yazılmış şüarlar tutan aksiya iştirakçıları baş verənləri pislədiklərini bəyan ediblər.

Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər.