Azərbaycan R. ordusu Ermənistan ordusunun mövqelərini artilleriya atəşinə tutub
https://azeri.sahartv.ir/news/azərbaycan-i271420-azərbaycan_r._ordusu_ermənistan_ordusunun_mövqelərini_artilleriya_atəşinə_tutub
Azərbaycan Respublikasının müdafiə nazirliyi Ermənistan ordusunun mövqelərinə qarşı artilleriya hücumundan və həmin ölkənin iki hərbi mərkəzini məhv etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 04:09 Asia/Baku
  • Azərbaycan R. ordusu Ermənistan ordusunun mövqelərini artilleriya atəşinə tutub

Azərbaycan Respublikasının müdafiə nazirliyi Ermənistan ordusunun mövqelərinə qarşı artilleriya hücumundan və həmin ölkənin iki hərbi mərkəzini məhv etməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, Azərbaycan Respublikasının artilleriya atəşlərilə təməs xəttində Ermənistan qüvvələrinin bir gözətçi mərkəzi və bir gözətçilik təsisatı məhv edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən bazar ertəsi günü bu ölkənin Bakının yaxınlığında yerləşən yeni bir hərbi bazasından baxış keçirərkən bu ölkənin hərbi komandanları qarşısında demişdi ki, Qarabağ məntəqəsində ikinci erməni hökumətinin yaradılması mümkünsüzdür və Azərbaycan Respublikası bu ölkə ərazisində ikinci xəyali erməni hökumətinin yaradılmasına icazə verməyəcək.

Əliyev sonra belə demişdi: Qarabağın hüquqi vəziyyətinin təyin edilməsi yalnız Azərbaycan Respublikası sərhədlərində mümkün olacaq və bu, Qarabağ münaqişəsinin yeganə həll yoludur.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsindən sonra başlandı və erməni və azəri qüvvələrin döyüşləri nəticəsində Azərbaycan Respublikasının Qarabağ məntəqəsi və onun ətrafındakı yeddi rayon erməni qüvvələr tərəfindən işğal olundu.