Həzrət İmam Xomeyninin (rə) baxışı ilə müasir dünyada islamofobiyanın bəyanı konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i271712-həzrət_İmam_xomeyninin_(rə)_baxışı_ilə_müasir_dünyada_islamofobiyanın_bəyanı_konfransı_keçirilib
İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü ilə yanaşı Bakıda Həzrət İmam Xomeyninin (rə) baxışınca müasir dünyada islamofobiyanın bəyanı konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2017 10:33 Asia/Baku
  • Həzrət İmam Xomeyninin (rə) baxışı ilə müasir dünyada islamofobiyanın bəyanı konfransı keçirilib

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü ilə yanaşı Bakıda Həzrət İmam Xomeyninin (rə) baxışınca müasir dünyada islamofobiyanın bəyanı konfransı keçirilib.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, bu konfransda Azərbaycanın ziyalıları, incəsənət və mədəniyyət nümayəndələri əsil Məhəmməd İslamını canlanmasında Həzrət İmam Xomeyninin özünəməxsus və təyinedici rolu barədə öz fikirlərini bəyan ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bu konfransda İnqilabın dahi memarı Həzrət İmam Xomeyninin (rə) rəhbərliyi ilə İslam İnqilabının formalaşması illəri və Azərbaycan xalqının o zamandan imama olan sevgisinə toxunub: İmam bəşəriyyətə azadlığı tələb etmək və zülmə qarşı olmaq dərsini verdi.

O hazırkı şəraitdə islam düşmənlərinin müxtəlif metodlarla islamdan sərt simanın göstərilməsi üzrə məkrli planlarına da toxunub: Həzrət İmam Xomeyninin düşüncələrində də qeyd olunduğu kimi, islam nicat verən, sülh və qardaşlıq dinidir. 

Konfransda çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də hazırkı dövrdə birliyi müsəlmanların əsaslı ehtiyaclı adlandırıb.

İslam dünyasının birliyini qorumasını qeyd edən iranlı səfir hər bir təfriqədən çəkinməyi vurğulayıb: Birliyin qorunması həmişə İmam Xomeyninin (rə) müsəlmanlara tövsiyələrindən olmuşdur.

Bu konfransda digər natiqlər də islam dünyasının hazırkı durumu, onların məsələlərinin İmam Xomeyninin (rə) düşüncələrinə əsaslanaraq həll olunması və imama olan sevgilərini bəyan ediblər.

Əsil Məhəmməd İslamının bəyan olunması və birliyin qorunması natiqlərin qeyd etdiyi əsas parametrlərdən idi.