Tanınmış politoloq: Səudiyyə orta əsrlədən gələn bir dövlətdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i272224-tanınmış_politoloq_səudiyyə_orta_əsrlədən_gələn_bir_dövlətdir
“Səudiyyə bütün məfhumlar baxımından orta əsrlədən gələn bir dövlətdir.” Bu sözləri “İslaminSesi” tanınmış politoloq Zərdüşt Əlizadə qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 07:02 Asia/Baku
  • Politoloq Zərdüşt Əlizadə
    Politoloq Zərdüşt Əlizadə

“Səudiyyə bütün məfhumlar baxımından orta əsrlədən gələn bir dövlətdir.” Bu sözləri “İslaminSesi” tanınmış politoloq Zərdüşt Əlizadə qeyd edib.

Politoloqun sözlərinə görə, böyük güclər və Qərb terror dəstəkləməklə sonucda islam ölkələrinin ərazilərinə müdaxilə etmiş olurlar: “Qərb dövlətləri bütün dünya üçün beynəlxaq qanunları elan etsələr də özləri tərəfindən bu qanunlar kobud sürətdə pozulur. Eyni zamanda bu qanunları pozan dövlət başçılarına da dəstək verirlər. Çünki həmin dövlət başçıları Qərbə itaət edirlər. Buna misal olaraq Səudiyyə Ərəbistanını misal çəkmək olar. Səudiyyə bütün məfhumlar baxımından orta əsrlədən gələn bir dövlətdir və Qərbin insan azadlığı, demokratiya, seçki və.s dəyərlərini qəbul etmir. Bütün bunlara baxmayaraq Səudiyyə ilə dost olan Qərb dövlətləri, azad seçkinin, insan haqlarının, qadın hüquqlarının qorunduğu İranla düşməndir. Donald Trampın səfəri də bir daha onu göstərdi ki, onlar öz maraqları naminə mürtəce rejimləri dəstəkləyirlər.“

 

Politoloq onu da qeyd etdi ki, ABŞ-ın İranla düşmənçilyinin səbəbi İslam Respublikasının ona itaət etməməsidir: “Eyni zamanda İran daima ABŞ-ın ikili siyasətini, etdiyi haqsızlıqları daima tənqid edir. Həmçinin İsrailin Fələstin torpaqlarını ilhaq etməsi və İsrailin İran tərəfindən rəsmi dövlət kimi tanınmaması da ABŞ və Qərbin maraqlarının tapdalanması deməkdir. Onlar bu amillərə görə İranla düşmənçilik edirlər.”

 

Ərəb ölkələri arasında Qərbin dəyərlərinə və standartlarına nisbətən yaxın ölkənin Qətər olduğunu söyləyən Zərdüşt bəy, “Qətər də öz növbəsində sünni-şiə ixtilafının aradan qaldırılmasını, İranla dil tapılmasını tərəfdarı olduğunu elan edən kimi, dərhal o da düşmən hesab olundu” – deyə bildirdi.

İranda baş verən terror hadisələrinin rəsmi Tehranın terrorçularla apardığı mübarizəyə vö özünün siyasi strategiyasına zərrə qədər də olsun təsir etməyəcəyini söyləyən politoloq bunları söylədi:

 

İran güclü bir İslam Dövlətidir. Hamıya bəllidir ki, bu günə qədər heç bir xarici təzyiqə baş əyməyiblər. Necə ki, İngiltərədə baş verən terror hadisələri onların siyasətinə təsir etmədi, o cur də İran öz yoluna davam edəcək. İranın terrorçulara qarşı uğurlu əməliyyatlarından cana doyanlar elə bilirdilər ki, İran bununla da ağ bayraq qaldıracaq. Amma İran heç vaxt siyasətindən geri çəkilib ağ bayraq qaldırmayacaq.”