Mövsüm Səmədovun məhkəmə iclasının tarixi dəyişdirildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i272596-mövsüm_səmədovun_məhkəmə_iclasının_tarixi_dəyişdirildi
AİP-in həbsdə olan sədri Mövsüm Səmədovun vəkili məhkəmə iclası üçün təyin olunmuş zamanın bir başqa günə dəyişdirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 07:50 Asia/Baku
  • Mövsüm Səmədovun məhkəmə iclasının tarixi dəyişdirildi
    Mövsüm Səmədovun məhkəmə iclasının tarixi dəyişdirildi

AİP-in həbsdə olan sədri Mövsüm Səmədovun vəkili məhkəmə iclası üçün təyin olunmuş zamanın bir başqa günə dəyişdirilməsindən xəbər verib.

Aran Nyus-un verdiyi məlumata görə, İslam Partiyasının üzvləri Qobustan həbsxanası önündə aksiya keçirərək, Mövsüm Səmədovun bu zindana köçürülməsinə etiraz ediblər. Bunu nəzərə alaraq, məhkəmə bu işə baxılması üçün məhkəmə iclasının tarixini 17 iyuna dəyişib. 

Mövsüm Səmədov 2011-ci ildə orta məktəblərdə hicab qadağasına etiraz etməsinə görə müavini Hacı Vaqif Abdullayev ilə birlikdə həbs də dövlət əleyhinə çevrilişə cəhd ittihamı ilə 12 il həbsə məhkum edildi.