Minsk qrupu həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i272654-minsk_qrupu_həmsədrləri_ermənistan_prezidenti_ilə_görüşüblər
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrləri İrəvana səfər edərək Ermənistan prezidenti ilə görüşüblər onunla Qarabağ böhranını müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 12:46 Asia/Baku
  • Minsk qrupu həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər
    Minsk qrupu həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrləri İrəvana səfər edərək Ermənistan prezidenti ilə görüşüblər onunla Qarabağ böhranını müzakirə ediblər.

News internet portalının verdiyi məlumata görə, Minsk qrupunun Rusiya, Fransa və Amerikadan olan həmsədrləri İqor Popov, Stefan Viscinti və Riçard Heqland bu gün İrəvanda Ermənistan prezidenti Serj Serkisiyan ilə görüşdə Qarabağ  münaqişəsinin tərəflərinin bu münaqişənin dinc yolla həlli qarşısında götürdükləri öhdəliklərə sadiq qalmalı olduqlarını vurğulayıblar. 

Minsk qrupunun həmsədrləri həmçinin Qarabağ böhranının həlli üzrə müzakirələrdə yüksək səviyyələrdə əldə olunmuş razılaşmaların icrasının vacibliyini vurğulayıblar. 

Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Eduard Nalbəndian ilə də görüşüblər.