Azərbaycan məscidlərində ilk qədr gecəsi mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i272974-azərbaycan_məscidlərində_ilk_qədr_gecəsi_mərasimi_keçirilib
Azərbaycan məscidlərində fəzilətli və bərəkətli ilk Qədr gecəsi və Xeybər qalasının fatehi, Həzrət Əlinin (ə) vurulmasının ildönümü gecəsində möminlər əhya saxlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 10:28 Asia/Baku
  • Azərbaycan məscidlərində ilk qədr gecəsi mərasimi keçirilib

Azərbaycan məscidlərində fəzilətli və bərəkətli ilk Qədr gecəsi və Xeybər qalasının fatehi, Həzrət Əlinin (ə) vurulmasının ildönümü gecəsində möminlər əhya saxlayıblar.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, bu fəzilətli gecədə möminlər dualar oxuyaraq, başa Quran qoyaraq və İlahi dərgaha əl açaraq mənəviyyatla dolu ürəklə, bütün maddi bağlılıqlardan uzaq öz imanlarını nurla parladıblar.

Müttəqilər mövlası Həzrət Əlinin (ə) şəhadəti günlərində əzadarlıq etmək də Azərbaycan məscidlərindəki proqramlardan olub.

Bakıda iranlıların hüseyniyyəsində də azərbaycanlı möminlərin iştirakı ilə fəzilətli ilk Qədr gecəsi mərasimi əzəmətli şəkildə keçrilib və Vəliyyi-Fəqhin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad etdiyi çıxışında Qədr gecələrinin əhəmiyyəti, həmçinin Allah-taala dərgahına yaxınlaşmaq və müsəlmanların birliyinin vacibliyini vurğulayıblar.

Dini məkanlarda gənclər və yeniyetmələrin iştirakı, səmimi qəlbdən raz-niyaz etmələri Azərbaycanda ilk Qədr gecəsində mərasimə xüsusi cilvələr bəxş edib.