Prezident Ruhanidən İlham Əliyevə məktub
https://azeri.sahartv.ir/news/azərbaycan-i273264-prezident_ruhanidən_İlham_Əliyevə_məktub
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 05:10 Asia/Baku
  • Prezident Əliyevə və Prezident Ruhani
    Prezident Əliyevə və Prezident Ruhani

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

 Məktubda deyilir:

“Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

 

İki dost və qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası ötən 25 il ərzində birgə mənafeyimiz uğrunda və qarşılıqlı hörmət əsasında əlaqələrimizin genişləndirilməsi sahəsində böyük addımlar atıb. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcək.

 

Bu fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıram”.