Formula 1 Azərbaycanda
-
Formula 1 Azərbaycanda
"Formula 1" Beynəlxalq Avtomobil Yarışlarının 8-ci mərhələsi dünəndən etibarən Bakıda start götürüb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, 3 gün davam edəcək bu beynəlxalq avtomobil yarışlarında 10 komanda və 20 sürücü mübarizə aparır.
Mersedes komandasını Luis Hamilton və Daltri Butaş, Ferrari komandasını Sebastyan Fetel və Kimi Raykonen, Redbull komandasını Daniel Rikiardo və Maks Ferştapen, Fors İndia komandasını Serxio Pers və Esteban Okon, Toro Roso komandasını Daniel Kvat və Karlos Sayns, Uilyams komandasını Flipe Masa və Lens Strol, Reno komandasını Niko Holkenberg və Culiyan Palmer, Haas komandasını Roman Qrojan və Kevin Maqnosen, Saevber komandasını Markos Erikson və Paskal Verliyayin, Mak Laren Honda komandasını istə Fernando Alonso və Stofel Vandoren təmsil edir. Bu yarışların birinci mərhələsi sınaq və hazırlıq mərhələsi sayılır. Yarışda iştirak edəcək pilotlar dünəndən etibarən Bakının mərkəzi küçələrində 6 kilometrlik yarış pistində mübarizəyə başlayıblar. Yarışların əsas mərhələsi sabah 25 iyunda keçiriləcək.
Yarışları izləmək üçün 30 min nəfərlik yer nəzərdə tutulub.