İyul 01, 2017 09:51 Asia/Baku
  • Məmmədyarov və Nalbandyan
    Məmmədyarov və Nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşəcəklər.

Bu barədə RİA Novosti məlumat yayıb.

 Bildirilir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.

Məmmədyarov və Nalbandyanın görüşündə ATƏT-in Minsk qrupunun üç həmsədri də qatılacaq.

Görüşün faktiki nəticələri nə olacaq, hələ bəlli deyil.

 

Teqlər