İyul 01, 2017 13:46 Asia/Baku
  • Mübariz Qurbanlı
    Mübariz Qurbanlı

Azərbaycan R. Dini İşlər üzrə Dövlət Komitəsinin sədri deyib: Bəziləri məscidin uçurulması və onun yerinə yeni məscidin tikilməsini başqa bir axara sövq etdirməyə çalışırlar.

Mübariz Qurbanlı APA ilə müsahibədə deyib: Hacı Cavad məscidinin təkcə məkanı dəyişəcək və bu məscid hazırda Abbas Mirzə Şərifzadə-1 ünvanında tikilir və tezliklə möminlərin istifadəsinə veriləcək.

O, əlavə edib: Bu məscidin məkanının dəyişdirilməsi üçün Dini İşlər üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və bu sahədə fəaliyyət göstərən digər qruplar məsciddə möminlərlə görüşüb, onların nəzərlərinin təmin olunması ilə Hacı Cavad məscidinin sökülərək, onun yerinə yeni məscidin inşası qərara alındı. Bu sahədə Azərbaycan R-nın baş nazir müavini Yaqub Əyyubov ilə yanaşı, bir daha məntəqə əhalisi ilə görüşdük və yeni məscidin planını onlara şərh etdik. Hazırda da onun inşası həyata keçirilir və heç bir narazılıq və problem də yoxdur.

Azərbaycan R. Dini İşlər üzrə Dövlət Komitəsinin sədri sonra deyib: Bu arada yalnız bir qrup qüvvə məsələni ayrı yerlərə sövq etdirir və mən bu növ qara qrupa deyirəm ki, bizim dinimiz Azərbaycan R-nın prezidenti cənab İlham Əliyevin himayəsi altında qorunur və hazırda Azərbaycan R-da 2246 məscid mövcuddur.

O, sonra deyib: Yeni məscid də prezidentin himayəsi və göstərişilə tikilir. Buna görə, bu sahədə hay-küy qoparan kəslər dinə deyil, başqa məqsədlərə xidmət edirlər və mən inanmıram ki, xalq bu kimi hərəkətlərə məhəl qoymuş olsun.

Bakının Yasamal rayonu merinin birinci müavini də bu şəhərdəki qədim Hacı Cavad məscidinin dağıdılmasının ardınca dünən gecə bu məscidin yerinə möminlərin istifadəsi üçün yeni bir məscidin tikilməsindən xəbər verib.

Fakt-Xəbər saytı bu barədə yazır: Bakının Yasamal rayonu merinin birinci müavini Səməd İsmayılov deyibdir ki, bu rayonun Abdulla Şaiq 79 ünvanında yerləşmiş və dünən gecə dağıdılmış Hacı Cavad məscidi tezliklə yeni bir məhəllədə günün standartlarına uyğun surətdə tikilərək, möminlərin isttifadəsinə veriləcəkdir.

O, əlavə edib: Yeni məscid Abbas Mirzə Şərifzadə 1 ünvanında, Azərbaycan R. nəşriyyatı binasının yaxınlığında tikiləcək və onun inşası üçün böyük bir sahə ayrılıb və onun bünövrəsi qazılıbdır. Tam təchizatlarla onun inşasına başlanılıbdır.

Yasamal rayonu merinin birinci müavini daha sonra deyib: Yeni məscid bütün dini qaydalara əsasən tikiləcək və yaxın gələcəkdə müsəlmanların istifadəsinə veriləcəkdir.

Qeyd edək ki, Bakıdakı qədim Hacı Cavad məscidinin bir müddət bundan öncə bu məscidin qədim məntəqədə və abadlıq layihələrinin icrası məkanında yerləşməsinə görə dağıdılması əhalinin narazılığına səbəb olmuşdu ki, Azərbaycan R-nın prezidenti məscidin dağıdılmasının dayandırılması haqda göstəriş verdi və məsələnin araşdırılması üzrə xüsusi qrupun təşkilindən sonra sonda Azərbaycan R-nın prezidenti tərəfindən elə həmin adda yeni bir məscidin inşası barədə göstəriş verildi.

Teqlər