Azərbaycan R. rəsmilərinin Qarabağda iki mülkinin öldürülməsinə reaksiyaları
Azərbaycan R. Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağda Ermənistan qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində iki mülkinin həlak olması, bir sivilin də yaralanmasının ardınca dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə diqqət yetirməsini istəyib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, dünən gecə Azərbaycan R-nın Füzuli rayonunun Alxanlı kəndində erməni qüvvələrin atəşkəsi pozmaları nəticəsində iki mülkinin həlak olması, bir sivilin də yaralanmasının ardınca Azərbaycan R. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu gün müdafiə nazirliyinin sözçüsü, həmçinin bu ölkənin baş prokurorluğunun sözçüsü ilə yanaşı daxili və xarici müxbirlərlə müsahibədə bu hərəkəti kəskin tərzdə pisləyərək, dünya ictimaiyyətinin bu məsələyə diqqət yetirməsini vurğulayıb.
O, erməni hərbçilərin bu hərəkətini məqsədyönlü, qərəzli və Azərbaycan R-nın ərazisinə təcavüz istiqamətində adlandırıb və mülki əhalinin qırğın edilməsini insan haqlarını müdafiə üzrə beynəlxalq qanunların pozulması hesab edərək, söyləyib: Xarici İşlər Nazirliyi mülki əhalinin qırğın edilməsi və bu təcavüz barədə məlumatı beynəlxalq orqanlara, həmçinin öz nigarançılığını vasitəçi Minsk qrupuna bəyan edibdir. Ümid edirik ki, bu hərəkət dünya ictimaiyyəti tərəfindən də məhkum ediləcək.
Azərbaycan R. Xarici İşlər Nazirliyinin sözçüsü sonra Ermənistanın Azərbaycan R-nın işğal olunmuş ərazilərində iştirakının bu təxribatçılığa bais olduğunu bildirib və münaqişəli Qarabağ məntəqəsində gərginliyin davam etməsini bütün regionun təhlükəsizliyi üçün bir təhdid adlandırıb və belə vurğulayıb: Azərbaycan R. dəfələrlə bildiribdir ki, məzmunlu müzakirələri dəstəkləyir və bu müzakirələr mövcud durumun dəyişməsi və Qarabağ münaqişəsinə son qoyulması ilə nəticələnməlidir.
O, əlavə edib: Hazırda da ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasperşik bu təxribatçılığın baş verməsini araşdırmaq üçün bölgəyə yola düşübdür.
Azərbaycan R. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu atəşkəs pozuntularının erməni qüvvələr tərəfindən təkrarlanmasına işarə edərək, həmin təxribatçılığın məsuliyyətinin Ermənistanın siyasi və hərbi rəsmilərinin üzərinə düşdüyünü vurğulayıb və belə deyib: Ötən il də Ermənistanın Azərbaycan R-nın mülki məntəqələrinə qarşı hücumları və atəş açmaları nəticəsində altı nəfər ölmüş, otuz nəfər də yaralanmışdı.
Azərbaycan R. Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı da bu mətbuat konfransında dünən gecə atəşkəsin erməni qüvvələr tərəfindən pozulması və bu zaman üç nəfərin ölməsi və yaralanmasını şərh edərək, deyib: Ermənistan dünya ictimaiyyətinin diqqətini bu təxribatçılıqdan yayındırmaq üçün yalandan bildiribdir ki, hədəfə aldığı kənddə hərbi qərargah mövcud olubdur ki, biz bu məsələni şiddətlə təkzib edirik.
Vaqif Dərgahı ABŞ istehsalı olan raket sistemindən istifadəni Ermənistanın digər iddialarından adlandıraraq əlavə edib: Biz heç bir vəchlə Amerika raket sistemindən istifadə etməmişik. Biz Türkiyə istehsalı olan raket sistemindən istifadə etmişik və bu istifadə bizim Ermənistan hərbçilərinə olan bir neçə gün bundan öncəki cavablarımızla bağlı deyil.
O, söyləyib: Yanvarın birindən bəri Ermənistan qüvvələri 18 min dəfə atəşkəsi pozublar və minomyotlardan və digər ağır texnikadan istifadə edərək, bizim mövqelərimizə və yaşayış massivlərinə tərəf atəş açıblar; biz xəbərdarlıq edirik ki, onların cavabını qətiyyətlə verəcəyik və hər bir hərəkətin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəsmilərinin üzərinə düşür.
Azərbaycan R. baş prokurorluğunun sözçüsü Eldar Sultanov da bu mətbuat konfransında Ermənistanın sivilləri qırğın etmək üzrə hərəkəti üçün cinayət işinin qaldırılmasından xəbər verib və belə söyləyib: Bu məsələ üzrə xüsusi təhqiqat qrupu da təşkil olunub və bu sahədə təhqiqatı davam etdirir və ilk dəfə deyildir ki, Ermənistan yaşayış massivlərini hədəfə alır.