İrandan bir ticarət heyəti AR-ə səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i275256-İrandan_bir_ticarət_heyəti_ar_ə_səfər_edib
İran ilə Azərbaycan R. arasında iqtisadi həmkarlılqların araşdırılması və inkişaf etdirilməsi məqsədilə İrandan 25 nəfərlik bir heyət dünən bu ölkəyə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 15:37 Asia/Baku
  • İrandan bir ticarət heyəti AR-ə səfər edib

İran ilə Azərbaycan R. arasında iqtisadi həmkarlılqların araşdırılması və inkişaf etdirilməsi məqsədilə İrandan 25 nəfərlik bir heyət dünən bu ölkəyə səfər edib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, başlıca olaraq, İranın Qərbi Azərbaycan, Mazandaran və Tehran vilayətlərindən olan iş adamları və investorlardan təşkil olunmuş bu heyət bu gün səhər İranın Bakıdakı səfirilə görüşdə müxtəlif sektorlar, o sıradan sənaye və kənd təsərrüfatı məhsullarının satışı sahəsində həmkarlıqların genişləndirilməsi sahəsini araşdırıblar.


İran Azərbaycan R-dakı səfiri Cavad Cahangirzadə bu iclasda Azərbaycan R. bazarının dəqiq şəkildə tanınması və iki ölkə həmkarlıqlarının inkişafını vurğulayaraq, deyib: Azərbaycan R. üçüncü bazarlara məhsulların təqdimi üzrə terminal sayılır və bu imkanlardan istifadə olunmalıdır.

O, turizm və kənd təsərrüfatının genişləndirilməsini Azərbaycan R-nın qeyri-neft iqtisadiyyatı siyasətlərindən adlandıraraq, əlavə edib: Lazımi araşdırmalarla bəzi kənd təsərrüfatı məhsulları, o sıradan kartof və ya daş və dəri sənayesi üzrə yaxşı iqtisadi əməkdaşlıqlar həyata keçirmək olar.

Bu iqtisadi heyət sabah Azərbaycan R-nın sahibkarlar konfederasiyası ilə iclasda iqtisadi həmkarlıqlar barədə razılığa çatacaqlar. Bu iqtisadi heyət dünən Naxçıvana səfərinin ilk günündə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrem ilə görüşüb və sonra naxçıvanlı iş adamları ilə ixtisas iclasında ixracat, sənaye, kənd təsərrüfatı və yeyinti sənayesi sahələrində fikir mübadiləsi aparıbdır.

İranın Qərbi Azərbaycan vilayətinin kooperasiya otağının icra və beynəlxalq məsələlər üzrə məsul şəxsi Mənsur Həqbinin başçılıq etdiyi bu heyət cümə gününədək Bakıda iqtisadi fəaliyyətlərin genişləndirilməsi sahələrini araşdıracaq.