Elçin Sadıqov: Müvəkilim sadəcə namaz qıldığı üçün həbs edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i275372-elçin_sadıqov_müvəkilim_sadəcə_namaz_qıldığı_üçün_həbs_edilib
Həbsdə olan ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq deyib: Müvəkkilim sadəcə namaz qıldığı üçün həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 14:30 Asia/Baku
  • Elçin Sadıqov
    Elçin Sadıqov

Həbsdə olan ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq deyib: Müvəkkilim sadəcə namaz qıldığı üçün həbs edilib.

İRİB-nin verdiyi məlumata görə, Elçin Sadıqov deyib: "Şeyx Sərdar sadəcə namaz qıldığı və insanlar arasında dini maarifləndirmə apardığı üçün 3 il azadlıqdan məhrum edilib. 21-ci əsrdə yalnız Azərbaycanda dini etiqadlarına görə bir insanı həbs edirlər. Məhkəmə çıxartdığı həbs qərarını əsaslandırmaq üçün "Şeyx Sərdrar həbs edilməzsə, yenə namaz qılacaq" arqumentini gətirib. Onlar elə düşünürlər ki, bu kimi hərəkətlərlə bir insanın dini etiqadlarını əlindən ala biləcəklər."

Qeyd olunur ki, Şeyx Sərdar Hacıhəsənlinin məhkəmə iclası Tir ayının 12-də Azərbaycan Respublikasının Masallı məntəqəsində keçirilib və bu məhkəmədə barəsində 3 il həbs qərarı çıxardılıb. 

Bu şiə ruhani ötən ilin 4 İsfənd tarixində Masallı rayon icra başçısının şikayəti əsasında icazəsiz qaydada cümə namazı qılmaqda ittiham və həbs edilmişdi.