Əbülfəz Qarayev "Şeyx Səfi" kompleksində olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i275446-Əbülfəz_qarayev_Şeyx_səfi_kompleksində_olub
Azərbaycanın mədəniyyət və turizm naziri İran İslam Respublikasının tarixi əsərlərin qorunmasına xüsusi qayğı ilə yanaşmasını alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 05:48 Asia/Baku
  • Əbülfəz Qarayev
    Əbülfəz Qarayev "Şeyx Səfi" kompleksində olub

Azərbaycanın mədəniyyət və turizm naziri İran İslam Respublikasının tarixi əsərlərin qorunmasına xüsusi qayğı ilə yanaşmasını alqışlayıb.

İRNA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev cümə axşamı Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbili" kompleksində olarkən deyib: Şeyx Səfiəddin Azərbaycan xalqı yanında böyük hörmətə malikdir və onun məqbərəsi tarixi sənəd və qalıcı bir kompleksdir. 

Ə.Qarayev əlavə edib: Şeyx Səfiəddin Ərdəbilinin məqbərəsinin qorunması gələcək nəsillər üçün son dərəcə önəmlidir. 

Ərdəblil ostanı Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi idarəsinin müdiri Kərim Hacızadə də Şeyx Səfi kompleksinə baxış zamanı deyib: Seyx Səfiəddin Ərdəbili kompleksi YUNESKO tərəfindən qeydə alınmış tarixi əsərlərdən biridir və hər il minlərlə xarici turist o cümlədən Azərbaycan vətəndaşı bu kompleksə baxış  keçirir. 

753-cü ildə inşa edilən bu kompleksdə Şeyx Səfiəddin Ərdəbili ilə yanaşı Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın  və həyat yoldaşının məqbərələri də yerləşir. Həmçinin, bu məqbərədə Səfəvilər dövrünün bir sıra tanınmış dini və siyasi şəxsiyyəti də dəfn edilib. Çaldıran döyüşündə həlak olanların məzarları da burda yerləşir. 

Azərbaycanın mədəniyyət və turizm naziri Azərbaycan Mədəniyyət Həftəsi mərasimlərində iştirak etmək üçün İrana olan səfəri çərçivəsində cümə axşamı Ərdəbilə səfər edib.