ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i275832-abŞ_dövlət_katibi_azərbaycan_prezidenti_ilə_görüşüb
ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin icrasına dəstəyinin davam edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 13:21 Asia/Baku
  • ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşüb
    ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşüb

ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin icrasına dəstəyinin davam edəcəyini bildirib.

APA-nın məlumatına görə, İstanbulda keçirilən Beynəlxalq Neft Konqresi kənarında baş tutan bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransına müraciət ünvanladığına görə ABŞ prezidentinə öz təşəkkürünü bildirib, bu sərginin başlandığını qeyd edərək deyib: Bu müraciət ABŞ Prezidentinin Cənbu Qaz Dəhlizi layihəsini dəstəklədiyini göstərir. 

ABŞ dövlət katibi Reks Tillerson da bu görüşdə NATO-nun Əfqanıstanda qətiyyətli dəstək vəzifəsində bu təşkilat çərçivəsində Azərbaycanın fəaliyyətini alqışlayıb və bu ölkənin bu əməliyyatdakı nəqliyyat və lojistik dəstəyini dəyərli adlandırıb. 

Bu müzakirələrdə həmçinin siyasi, iqtisadi islahat, demokratiyanın inkişafı və digər məsələlər araşdırılıb.