Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər
-
Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər
Dağlıq Qarabağ müharibəsinin qazilərindən biri münaqişənin yenidən başlana biləcəyini ehtimal edib.
Qarabağ qazisi Etimad Əsədov Beynəlxalq Səhər Televiziyası Azəri redaksiyasının Kompas verilişi ilə canlı bağlantıda erməni silahlıları tərəfindən atəşkəsin dəfələrlə pozulmasına toxunaraq deyib: Ötən çərşənbə axşamı günü Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndinə minaatanlar və dəzgahlı qumbaratanlarla atəşə tutmasını, nəticədə Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın şəhid olduğunu nəzərə alaraq, bu məsələ Azərbaycanın müsəlman xalqının qəzəblənməsi və təhrik olması ilə nəticələnib və hər an Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanması ehtimalı vardır.
"Bu ilk dəfə deyil ki, belə xoşagəlməz faciə baş verir. Tərtər və Ağdam kimi rayonlarda da belə dəhşətli cinayətlərin şahidi olmuşuq" deyən Əsədovun sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq dairələrin ikili davranışları və xristian ölkələrin Dağlıq Qarabağ münaqişsəində Ermənistanın mövqeyini ədalətsiz şəkildə dəstəkləməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mürəkkəbləşməsi ilə nəticələnir.
Azərbaycanlı qazi Dağlıq Qarabağ münaqişəsində Minsk qrupunun nəticəsiz funksiyasını tənqid edərək deyib: Təəssüflər olsun ki, BMT Ermənistana təzyiq göstərmək istiqamətində heç bir konstruktiv addım atmır və qərb dövlətlərinin Ermənistanı dəstəkləməsi Ermənistanın xeyrinə olur.
Ermənistanın Azərbayana qarşı soyqırımı və açıq-aşkar təcavüzü qarşısında beynəlxalq təşkilatların sükutunu tənqid edən Əsədov bildirib: Qənaətimcə, beynəlxalq təşkilatların işğalçı Ermənistanın hərəkətlərinə etinasızlığı Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanması ehtimalını gücləndirəcək.
Ötən çərşənbə axşamı günü Ermənistan silahlı qüvvələri cəbhə xətti yaxınlığında yerləşən Alxanlı kəndinə minaatan və dəzgahlı qumbaraatanlarla hücum etməsi nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi şəhid olub.