İranın mədəniyyət nazirinin müavini radikal qrupların mahiyyətinin tanıtdırılmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i275842-İranın_mədəniyyət_nazirinin_müavini_radikal_qrupların_mahiyyətinin_tanıtdırılmasını_vurğulayıb
İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavini Azərbaycanın AzərTAc rəsmi dövlət agentliyinin rəhbəri ilə görüşdə regionda fəal radikal qrupların iç üzünün tanıtdırılmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 15:28 Asia/Baku
  • Hüseyn İntizami
    Hüseyn İntizami

İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavini Azərbaycanın AzərTAc rəsmi dövlət agentliyinin rəhbəri ilə görüşdə regionda fəal radikal qrupların iç üzünün tanıtdırılmasını vurğulayıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, AzərTAc rəsmi dövlət agentliyində baş tutan bu görüşdə Hüseyn İntizami deyib: Radikal qruplar dünyada islamdan sərt sima göstərmək ardıncadırlar. İslam ölkələrinin mediaları məsuliyyəti hiss edərək bu qruplar və onların mahiyyətini insanlara tanıtdırmalı və onların nəhs məqsədlərinə mane olmalıdırlar.

İRİB-in nümayəndəliyinin fəaliyyəti, həmçinin İRNA agentliyinin Azərbaycanda aktiv olmasına toxunan İntizami media  münasibətləri və mədəni əməkdaşlıqların gücləndirilməsini vurğulayıb: Tezliklə Azərbaycanın media heyəti İrana səfər edəcək, yaxın gələcəkdə də Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindən media heyəti Bakıya səfər edəcək. Bu səfərlər mədəni əlaqələrin inkişafı, ardınca isə iki ölkənin hərtərəfli əlaqələrinin inkişafında önəmli təsirə malik olacaq.

AzərTAc Dövlət Agentliyinin rəhbəri Aslan Aslanov da bu görüşdə iki ölkənin qədim media əlaqələrini açıqlayaraq islam ölkələri medialarının birliyi, həmrəyliyi və bir-birinin xidmətində olmasını islam ölkələrinin xeyrinə adlandırıb və İran və Azərbaycanın media əlaqələrinə toxunaraq bu əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.

İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavini bu gün həmçinin Trend İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynovla görüşərək media əməkdaşlıqlarının inkişafı sahəsini araşdırıb.

Hüseyn İntizami bu görüşdə Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində azərbaycanca yüz nəşrin fəaliyyət göstərdiyini bildirib və iki ölkənin mədəni və dini ortaqlıqlarını nəzərə alaraq media əməkdaşlıqlarının inkişafını iki ölkə əlaqələrinin inkişafında başqa önəmli bir sahə adlandırıb.

Qeyd edək ki, İranın mədəniyyət və islami irşad nazirinin mətbuat məsələləri üzrə müavini beş nəfərlik heyətin müşayiəti ilə bu gündən etibarən Bakıda səfərdədir.