Tehranda xarici media ofislərinin sayı 20% artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i275952-tehranda_xarici_media_ofislərinin_sayı_20_artıb
İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin mətbuat və media məsələləri üzrə müavini Tehranda xarici media ofislərinin sayının 20% artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 12:30 Asia/Baku
  • Tehranda xarici media ofislərinin sayı 20% artıb
    Tehranda xarici media ofislərinin sayı 20% artıb

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin mətbuat və media məsələləri üzrə müavini Tehranda xarici media ofislərinin sayının 20% artmasından xəbər verib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Hüseyn Entezami Bakıda APA xəbər agentliyinin direktoru ilə görüşdə media və mətbuat sahəsində əlaqələrin genişlənməsini İran hökumətinin siyasətlərindən adlandırıb və deyib: Ötən 4 ildə Tehranda xarici media nümayəndəliklərinin açılması öncəki illər ilə müqayisədə 20%-lik artıma malik olub.

H.Entezami media əmədkaşlıqlarını iki ölkə əlaqələrində mühüm adlandırıb və iki ölkənin mediia təmsilçilərinə qarşılıqlı formada səfər etmək şəraiitinin yaradılmasını habelə, iki ölkənin media və mətbat vasitələri arasında qardaşlığın elan edilməsini media əlaqələrinin möhhkəmlənməsinə səbəb olacaq amil adlandırıb.

APA xəbər agentliyinin direktoru Vüsalə Mahirqızı da bu görüşdə bu xəbər agentliyinin fəaliyyəti ilə bağlı İranın mədəniyyət və islami irşad nazirinin müavinini məlumatlandırıb və deyib: Hal hazırda bu xəbər agentliyi 6 dildə informasiya yaymaqla məşğuldur və İran ilə Azərbaycan arasında xalq diplomatiyasına kömək məqsədi ilə cariilin sonuna kimi bu xəbər agentliyinin Fars dilində fəaliyyət göstərəcək bölməsi də yaradılacaq və gələn il bu xəbər agentliyinin fəaliyyəti daha da aktivləşmiş olacaq.