İyul 27, 2017 11:05 Asia/Baku
  • Həmməruzəçilər Azərbaycana gələcəklər
    Həmməruzəçilər Azərbaycana gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennax və Sezar Florin Preda bir ay ərzində Azərbaycan Respublikasına səfər edəcəklər.

"Səhər" beynəlxalq telekanalı Azərbaycan Respublikası medialarına istinadən xəbər verir ki, bu barədə Şennax özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-14-də Azərbaycan Respublikasına səfər ediblər. Səfər zamanı onlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Milli Məclisinin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokurorunun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Ombudsman Aparatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda, Ş.Şennax və S.F.Preda Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə bir araya gəliblər. 

Teqlər