Sionist nazir Ermənistanda
İsrailin regional əməkdaşlıq naziri Saxi Xaneqbi 3 günlük səfərlə Ermənistandadır. Bu, son böyük bir dönəm üçün İsraildən Ermənistana səfər edən ən yüksək çinli rəsmidir.
Yeni Musavat qəzetinin verdiyi məlumata görə, Artıq yəhudi naziri xarici işlər naziri Edvard Nalbəndyan və parlamentin spikeri Ara Babloyan qəbul edib. Onun prezident Serj Sərkisyanla da görüşü gözlənilirdi.
Erməni mənbələrinin məlumatlarından hasil olan ilkin qənaət belədir ki, Ermənistan İsraillə münasibətlərdəki bu gəlişmədən xeyli məmnundur.Bu arada isə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, “İsrail Azərbaycana ona görə silah satmır ki, o, Ermənistana düşmən münasibətdədir”. Bu barədə Köçəryan israilli nazirin İrəvana səfərinə münasibət bildirərkən deyib. Onun iddiasına görə, silah məsələsində Təl-Əviv dəfələrlə öz mövqeyini açıq bəyan edib. “Onlar hamıya, o cümlədən Ermənistana da silah satmağa hazırdır”, - deyə o bildirib.