Avq 31, 2017 16:48 Asia/Baku
  • Mehman Əliyev
    Mehman Əliyev

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu haqda avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb.

Mehman Əliyevin vəkili həbs qərarından apellyasiya şikayəti vermişdi. Şikayətdə həbs qərarının qanunsuz və əsassız olduğu bildirilirdi. Amma məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Vəkil Fariz Namazlı “Azadliq.info”ya açıqlamasında bildirib ki, Mehman Əliyev haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan Avropa Məhkəməsinə şikayət olunacaq.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

 

Teqlər