Sen 04, 2017 17:30 Asia/Baku
  • 
Qəbələ meşələri hələ də yanır
    Qəbələ meşələri hələ də yanır

Azərbaycan Respublikasının Qəbələ rayonunda meşə yanğınının başlanmasından dörd gün keçsə də yanğının söndürülməsi üzrə səylər hələ də davam edir.

Abrıx, Sul Qoca və Dandıx kəndlərinin ətrafında yerləşən Qəbələ meşələrində yanğının söndürülməsi əməliyyatı üzrə qərargah bildirib ki, 520 nəfərin xüsusi heyətlər formasında 36 ədəd təchizat, bir ədəd vertolyot, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 50 yanğınsöndürəni ilə yanaşı 19 ədəd texniki təchizatla fəaliyyət göstərməsinə rəğmən, havanın isti olması, güclü küləyin əsməsi və dəniz səviyyəsindən min metr yuxarıda yerləşən yanğının baş verdiyi məntəqənin dağlıq ərazi olması yanğının söndürülməsi işini mürəkkəb və çətinləşdiribdir.

Hazırda yanğının söndürülməsi istiqamətində suyun daşınması və yüksəkliklərə köçürülməsi üçün bütün imkanlardan istifadə olunur və nəqliyyat vasitələrinin gediş-gəlişi mümkün olmayan yerlərdə yanğınsöndürənlərin, həmçinin lazım olan suyun köçürülməsi üçün vertolyotdan istifadə olunur.

Yanğının söndürülməsi üçün əməliyyat komitəsi yaradılıb və fövqəladə hallar nazirinin müavini general Mirzəyev bu komitəyə başçılıq edir. O, lazımi informasiyaları Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin ixtiyarına qoyur.

Bu məlumatda yanğına məruz qalmış meşələrin sahəsi və miqdarına işarə olunmayıb, amma yanğının ilk günündə onun səviyyəsi bir tam onda beş hektar elan olunmuşdu.

Azərbaycan Respublikasının Qəbələ rayonunun yüksəklikləri və meşələrində yanğın sentyabrın birində başlayıb və hələ də davam edir.

Teqlər