Azərbaycanın avropalı siyasətçilərə milyardlıq rüşvəti
https://azeri.sahartv.ir/news/azərbaycan-i281481-azərbaycanın_avropalı_siyasətçilərə_milyardlıq_rüşvəti
The Guardian qəzeti bir məqalədə iddia edib ki, Azərbaycan Respublikası rəsmiləri 2 milyard 800 milyon dollar rüşvət verməklə çalışır ki, Avropa bu ölkəyə müsbət mövqe sərgiləsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2017 12:13 Asia/Baku
  • Azərbaycanın avropalı siyasətçilərə milyardlıq rüşvəti

The Guardian qəzeti bir məqalədə iddia edib ki, Azərbaycan Respublikası rəsmiləri 2 milyard 800 milyon dollar rüşvət verməklə çalışır ki, Avropa bu ölkəyə müsbət mövqe sərgiləsin.

İSNA-nın məlumatına görə, The Guardian qəzeti bir məqalədə bu ittihamı irəli sürür ki, Azərbaycan Respublikası hökuməti bu ölkə haqda Avropa Birliyinin müsbət strategiya sərgilənməsi məqsədilə Britaniyada yerləşən və ləğv olunan şirkətlərin vasitəçiliyi ilə avropalı siyasətçilərə 2 milyard 800 milyon dollar ödəyib.

Bu məqalədə bildirilir ki, bu pulun mənbəyi naməlumdur. Lakin bir çox faktlar göstərir ki, onun prezident İlham Əliyevin ailəsi ilə əlaqəsi vardır.

Bu məqalədə əlavə olunub: Bu pullar ödənən zaman, əsasən lobbiçilər, jurnalistlər və sahibkarlara təzyiqlər olunmuşdur, Azərbaycan hökuməti sistematik maliyyə korrupsiyası, seçkilərdə saxtakarlıq, hökumətə müxalif siyasətçiləri, insan haqları fəalları və jurnalistləri həbs etməkdə suçlanıb.

Mütəşəkkil Cinayət və Maliyyə Korrupsiyası Hesabatı projesi bu rüşvətlərin ödənməsini uğurlu qiymətləndirib. Çünki misal üçün Avropa Şurası Parlament Assambleyası 2013-cü ildə Azərbaycan hökumətini tənqid edən hesabatın əleyhinə səs verməyə qane olub.