Mehman Əliyev azadlığı üçün İlham Əliyevə xahiş edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i281979-mehman_Əliyev_azadlığı_üçün_İlham_Əliyevə_xahiş_edib
Bir neçə gün bundan öncə barəsində cinayət işi açılaraq həbs edilən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman ƏLiyev bu gün Yasamal Rayon Məhkəməsinin hökmü ilə azadlığa buraxılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 11, 2017 10:01 Asia/Baku
  • Mehman Əliyev
    Mehman Əliyev

Bir neçə gün bundan öncə barəsində cinayət işi açılaraq həbs edilən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman ƏLiyev bu gün Yasamal Rayon Məhkəməsinin hökmü ilə azadlığa buraxılıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüş və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.

Vəkil Fuad Ağayev APA-ya bildirib ki, Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.

M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

M. Əliyev həbsdə saxlandığı yerdə ona normal münasibət göstərildiyini də qeyd edib.

Mehman Əliyevin barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.