Azərbaycan dostluq gəmi qrupu İrana yollandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i284255-azərbaycan_dostluq_gəmi_qrupu_İrana_yollandı
İki hərbi gəmidən ibarət Azərbaycanın dostluq gəmi qrupu sülh və dostluq müraciəti ilə çərşənbə axşamı günü İran İslam Respublikasına ezam olunub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2017 07:03 Asia/Baku
  • Azərbaycan dostluq gəmi qrupu İrana yollandı

İki hərbi gəmidən ibarət Azərbaycanın dostluq gəmi qrupu sülh və dostluq müraciəti ilə çərşənbə axşamı günü İran İslam Respublikasına ezam olunub

İRNA-nın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

Oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

İran İslam Respublikası ordusu Hərbi Dəniz Qüvvələrinin gəmi qrupu dörd ay öncə Dəniz Kubokunda iştirak etmək üçün Bakıya getmişdi. 

Dəniz Kuboku yarışları İran, Rusiya, Azərbaycan və Qazaxıstanın gəmi qruplarının iştirakı ilə Bakıda keçirildi.