Azərbaycanda bir İŞİD-çinin uzun müddətə azadlıqdan məhrum edilməsi istənildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i284319-azərbaycanda_bir_İŞİd_çinin_uzun_müddətə_azadlıqdan_məhrum_edilməsi_istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında prokuror İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü Fərid Sadıqovun uzun müddətə azadlıqdan məhrum edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2017 14:40 Asia/Baku
  • Azərbaycanda bir İŞİD-çinin uzun müddətə azadlıqdan məhrum edilməsi istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında prokuror İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü Fərid Sadıqovun uzun müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İRİB-in Bakıdakı ofisinin Azərbaycan KİV-nə istinadla verdiyi məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.