Azərbaycanlı İŞİD-çilər azadlıqdan məhrum edildi
Okt 04, 2017 17:07 Asia/Baku
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında İŞİD terror qruplaşmasının 2 azərbaycanlı üzvü uzun müddətə azadlıqdan məhrum edilib.
İRİB-in Bakıdakı ofisinin Azərbaycan KİV-nə istinadla verdiyi məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunanların cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məhkəmənin qərarına əsasən Afiq Süleymanov 10 il, Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.