Ənzəli Azad Ticarət Zonası ilə Azərbaycanın ticarət əməkdaşlığının artırılması vurğulanıb
İranın şimalında Ənzəli Azad Ticarət Zonasının icra direktoru və Azərbaycan Respublikasının İrandakı səfiri ikitərəfli iqtisadi və ticarət əlaqələrinin artırılmasını vurğulayıblar.
İRİB-in məlumatına görə, Ənzəli Azad Ticarət Zonasının icra direktoru Rza Məsrur Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib: İki ölkənin beynəlxalq şimal-cənub dəhlizinin aktivləşdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün çoxlu potensialı vardır və Ənzəli Azad Ticarət Zonası beynəlxalq dəhlizlərin aktivləşdirilməsi və məhsul nəqliyyatı üçün yeni yolların yaradılması istiqamətində yaxşı razılaşmalar əldə edib.
Məsrur xüsusi sərgilərin keçirilməsi üzrə İran və Azərbaycanın əməkdaşlıq və potensialına toxunaraq deyib: İran və Azərbaycanın xüsusi sərgisi yaxın gələcəkdə iki ölkənin istehsalçıları və ixracat üzrə fəallarının iştirakı ilə Ənzəli Azad Ticarət Zonasında keçiriləcək.
Ənzəli Azad Ticarət Zonasının icra direktoru həmçinin İran və Azərbaycanın Ənzəli Azad Ticarət Zonasında birgə illik komissiyasının iclasının keçirilməsinə hazır olduğunu bildirib və deyib: İki ölkə arasında sərnişinlərin daşınması və dəniz turizminin inkişafı üçün ilkin razılaşmalar əldə olunub.
Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov da Xəzəryanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində Ənzəli Azad Ticarət Zonasının rolunu əhəmiyyətli adlandırıb: Bu zona ikitərəfli ticarət əlaqələri və üçüncü ölkələrin bazarında ticarət münasibətlərinin genişləndirilməsində təsirli olacaqdır.
Azərbaycanın İrandakı səfiri həmçinin deyib: Azərbaycan Rəşt-Ənzəli-Astara dəmir yolunda 100 milyon dollarlıq investisiya yatırmağa hazırdır.