Okt 06, 2017 14:04 Asia/Baku
  • İran ölkələrin bir hissəsinin işğalı ilə müxalifdir

İran xarici işlər nazirinin təlim və tədqiqat məsələləri üzrə müavini Seyid Mohəmməd Kazem Səccadpur Tehranın regiondakı coğrafi sərhədlərin dəyişdirilməsilə müxalifət üzrə siyasətinə toxunaraq, qeyd edib ki, Tehran Fələstin daxil olmaqla ölkələrin bir hissəsinin işğalı ilə müxalifdir.

IRIB-nin məlumatına görə, Seyid Mohəmməd Kazem Səccadpur Azərbaycan Diplomatik Akademiyası Universitetində keçirilən brifinqdə İranın regiondakı böhranların həllindəki rolunu vurğulayaraq bildirib ki, Tehran həmişə ölkələrin ərazi bütövlüyünü dəstəkləyəcək.

İran xarici işlər nazirinin təlim və tədqiqat məsələləri üzrə müavini həmçinin İranın qonşuları ilə əlaqələrin inkişafı üzrə xarici siyasət prioritetinə toxunaraq, İran ilə Azərbaycan Respublikası arasında ikitərəfli və regional münasibətlərin müxtəlif sahələrdə inkişaf etməkdə olduğunu bildirib.

Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Araz İsmayılzadə də bu universitetdə İran İslam Respublikasının xarici siyasətinin bəyanı barədə brifinqin keçirilməsi ilə bağlı deyib ki, bu yığıncaqda Bakının Tehranla hərtərəfli münasibətləri müzakirə olunub.

İran xarici işlər nazirinin təlim və tədqiqat məsələləri üzrə müavini Seyid Mohəmməd Kazem Səccadpur Azərbaycan Respublikasına ikigünlük səfəri zamanı bu ölkənin xarici işlər nazirinin müavini- Hafiz Paşayev, Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru- Araz İsmayılzadə, Azərbaycan Respublikası prezident aparatının strateji  mərkəzinin sədri Fərhad Məmmədov və bu ölkənin digər rəsmilərilə görüşəcək.

Teqlər