AR-də Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i284451-ar_də_aşura_günü_qan_vermiş_122_nəfərin_qanında_infeksiya_müşahidə_olunub
Azərbaycan Respublikasında Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2017 15:36 Asia/Baku
  • AR-də Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub

Azərbaycan Respublikasında Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Zöhrə Əlimirzayeva bu xəbəri verərək, deyib ki, bu 122 nəfər arasında üç nəfərin QİÇS-ə, 81 nəfərin hepatitə, 38 nəfərin də sifilisə yoluxduğu müəyyən edilib.

O, bildirib ki, təhlükəli infeksiyaya malik olan qanlar yandırılır.

Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu il Aşura günündə 17 məscid və ziyarətgahda və bu ölkənin digər məntəqələrində əzadarlardan qan alınıbdır ki, bütövlükdə 3827 nəfərdən 1722 litr qan toplanıbdır.