Azərbaycanda iranlı tələbə qətlə yetirilib
Okt 14, 2017 10:51 Asia/Baku
Bakının Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində iranlı tələbənin meyiti aşkarlanıb.
Məlumta görə, İran İslam Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğunun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Hadisə barədə ilk xəbər yayan lent.az-ın əldə etdiyi digər məlumata görə, qətlə yetirilən şəxs Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.