Əliyev: İran-AR razılaşmaları öz bəhrəsini verib
-
Əliyev: İran-AR razılaşmaları öz bəhrəsini verib
Azərbaycan Respublikasının prezidenti Tehran-Bakı mübadilələri həcminin nəzərəçarpacaq artımına toxunaraq, vurğulayıb: Bu artım göstərir ki, İran ilə Azərbaycan Respublikası arasında əldə olunmuş bütün razılaşmalar icra olunmaqdadır və onun nəticələri öz bəhrəsini veribdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Bakıda İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan ilə görüşdə deyib: Ötən il iki ölkənin ticarət dövriyyəsinin həcmi yetmiş faiz artıb və 2017-ci ilin ilk doqquz ayında da ondan qabaqkı ilin müvafiq dövrü ilə müqayisədə otuz faizlik artım müşahidə olunur.
Əliyev İran-Azərbaycan Respublikası əlaqələrinin sürətli və uğurlu inkişafını vurğulayaraq, iki ölkə başçılarının görüşlərinin bu əlaqələrin gücləndirilməsi sahəsindəki önəmini təsirli adlandırıb.
Azərbaycan Respublikasının prezidenti həmçinin birgə transmilli layihələrin icrasına işarə edib. O, İran ilə Azərbaycan Respublikası arasındakı səmərəli həmkarlıqların qarşıdakı illərdə davam edəcəyinə əmin olduğunu bildirib.
Məsud Kərbasiyan da bu görüşdə İran ilə Azərbaycan Respublikası arasındakı birgə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri kimi ümidvarlıq edib ki, qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verə biləcəkdir.
Əliyev və Kərbasiyan həmçinin İran ilə Azərbaycan Respublikasının iqtisadiyyat, nəqliyyat, ticarət, şimal-cənub koridorunun təkmilləşdirilməsi, səhiyyə, kənd təsərrüfatı və bank sahələrindəki əməkdaşlıqları ətrafında fikir mübadiləsi aparıblar.
Məsud Kərbasiyan cümə axşamı günü yüksək səviyyəli iqtisadi bir heyətlə Bakıya səfər edib.