İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb
-
İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
APA-nın məlumatına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam".
APA-nın məlumatına görə, bunu, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.