Bakı Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsinə hazırdır
-
Bakı Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsinə hazırdır
Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkənin İran İslam Respublikası ərazisində dəmiryolu xəttinin inşası istiqamətində kreditin ayrılması ilə beynəlxalq Şimal-Cənub dəhlizi layihəsinin təkmilləşdirilməsinə hazır olmasından xəbər verib.
Elmar Məmmədyarov dünən belə qeyd edib: Azərbaycan Respublikası tərəfindən İran İslam Respublikası ərazisində dəmiryolu xəttinin inşası istiqamətində kreditin ayrılması məsələsi İranın iqtisadiyyat və maliyyə naziri və İran-Azərbaycan Respublikası birgə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri Məsud Kərbasiyanın Bakıya olmuş son səfərində araşdırılaraq, iki ölkə rəsmiləri tərəfindən razılaşdırılıbdır.
Azərbaycan Respublikasının xarici işlər naziri beynəlxalq Şimal-Cənub dəhlizi layihəsini onda iştirak edən ölkələr üçün olduqca mühüm adlandırıb və belə deyib: Azərbaycan Respublikası, İran və Rusiya prezidentləri də çərşənbə günü Tehranda keçirəcəkləri üçtərəfli görüşdə bu layihənin təkimləşdirilməsi barədə məşvərət aparacaqlar.
Şimal-Cənub dəhlizinin işə salınması ideyası ilk dəfə 1993-cü ildə irəli sürülüb və onun işə salınması barədə razılaşma 2000-ci ildə İran İslam Respublikası, Rusiya və Hindistan tərəfindən imzalanıbdır.