AR-də açılmamış sursatlar aşkarlanaraq, zərərsizləşidirilib
Azərbaycan Respublikası bu ölkədə nəzərəçarpacaq miqdarda açılmamış sursatların aşkarlanaraq, zərərsizləşidirilməsindən xəbər verib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi dünən bildirib ki, bu ölkənin daxili işlər və fövqəladə hallar nazirlilərinin həmkarlığı ilə Azərbaycan Respublikası ordusunun Bakının 104 kilometrliyində yerləşən Xızı rayonundakı bölmələrindən birinin silah anbarının partladığı məkanın yaxınlığında təmizləmə əməliyyatı başlanıb.
İki ay bundan qabaq Azərbaycan Respublikası ordusunun Xızı rayonundakı bölmələrindən birinin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanmış, hadisə yerinin yaxınlığındakı iki yaşayış binasının sakinləri də boşaldılmışdı. Bu partlayış nəticəsində anbardakı sursatların böyük bir miqdarı ətraf məntəqələrə səpələnmişdi.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin məlumatına görə, bu müştərək əməliyyat zamanı yüzlərlə açılmamış bomba və mina aşkarlanaraq, zərərsizləşidirilibdir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əməliyyatın onlarla hektar ərazidə həyata keçirildiyini bildirib və qeyd edibdir ki, məntəqə sakinlərinin öz evlərinə geri dönmələri üçün zəmin yaranıbdır.