Azərbaycan Qarabağ münaqişəsinin həllində müzakirələrin aydın nəticələrini istəyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i286578-azərbaycan_qarabağ_münaqişəsinin_həllində_müzakirələrin_aydın_nəticələrini_istəyib
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər etməzdən öncə deyib: Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə müəyyən nəticələrin olmasını istəyirik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2017 14:33 Asia/Baku
  • Azərbaycan Qarabağ münaqişəsinin həllində müzakirələrin aydın nəticələrini istəyib
    Azərbaycan Qarabağ münaqişəsinin həllində müzakirələrin aydın nəticələrini istəyib

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər etməzdən öncə deyib: Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə müəyyən nəticələrin olmasını istəyirik.

İRNA-nın məlumatına görə, Elmar Məmmədyarov jurnalistlərə müsahibədə əlavə edib: Sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyəm. 

Azərbaycan xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə bu münaqişənin həlli müzakirələrinin prosesini sürətləndirməyin vacibliyinin vurğulandığına toxunaraq deyib: Bu mövqe ilə Moskvaya səfər edirəm. 

Elmar Məmmədyarov əlavə edib: Münaqişənin həlli zamanı artıq gəlib çatıb və hamı müzakirələrin nəticəyə varmasını istəyir. Müharibə qaçqınları öz ev-eşiklərinə qayıtmalı və sülh bərpa olunmalıdır.