İran və Azərbaycan sərhəd ərazilərində zəlzələ baş verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i286610-İran_və_azərbaycan_sərhəd_ərazilərində_zəlzələ_baş_verib
 Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2017 06:57 Asia/Baku
  • İran və Azərbaycan sərhəd ərazilərində zəlzələ baş verib
    İran və Azərbaycan sərhəd ərazilərində zəlzələ baş verib

 Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.

10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonları ilə bərabər həmçinin  Ərdəbilin Aslanduz, Parsabad və Təzəkənd ərazilərində də hiss olunub. Zəlzələ nəticəsində Aslanduzda 6 nəfər xəsarət alıb.

Həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.