Azərbaycan həmsədrlərlə görüşü konstruktiv adlandırıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu ölkə xarici işlər nazirinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşünü konstruktiv adlandırıb.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Hikmət Hacıyev Səhər Televiziyasına verdiyi eksklüziv açıqlamada Moskvada baş tutan görüş haqda deyib: Bu iclasda Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bütün təkliflər haqda müzakirə aparılıb və Azərbaycan tərəfi baş tutan müzakirələrdən razıdır.
O əlavə edib: Bu görüşə əsasən qərara alınıb ki, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri iclası çərçivəsində Vyanada həmin müzakirələr davam etdirilsin.
Azərbaycan XİN sözçüsü bildirib: Azərbaycan Respulbikası həmişə münaqişənin dinc yolla həlli və bölgədə davamlı sülh və stabilliyin bərpa olunması üçün əsaslı, məntiqli müzakirələri dəstəkləyir.
Hacıyev Minsk Qrupunun funksiyası haqda da deyib: 25 ildir ki, Azərbaycan Respublikasının əraziləri Ermənistanın işğalı altındadır, Minsk qrupu vasitəçi rolunu oynayır. Təəssüflər olsun ki, bu münaqişənin həllində nəticə olmamışdır, bu işğal və təcavüz davam edir və biz bu müzakirələrin səmərəli olması ardıncayıq.