Hərbi Alyans Azərbaycanı çəkindirdi; Hərbi əməliyyat olmaz!
Noy 24, 2017 11:07 Asia/Baku
NATO-nun baş katibi xəbərdarlıq deyib: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".
APA-nın xəbərinə görə, Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib ki, bu məsələnin hərbi yolla həllinin olmadığı aydındır: “NATO-nun bu məsələdə birbaşa rolu yoxdur. Biz münaqişənin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyirik. Ermənistan və Azərbaycan dövlət başçıları arasında görüş barədə eşitmək məni ruhlandırdı. Sizi münaqişəni danışıqlar yolu ilə həll etməlisiniz və hər hansı gərginliyin qarşısını almalısınız”.