Azərbaycanda Alpaqut döyüş sənəti üzrə dünya kuboku start götürüb.
-
Azərbaycanda Alpaqut döyüş sənəti üzrə dünya kuboku start götürüb.
Dünyanın 16 ölkəsindən Alpaqut döyüş sənəti üzrə idmançılarının iştirakı ilə Dünya Kuboku Azərbaycan paytaxtı Bakıda başlanıb.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, müxtəlif yaşlar üzrə İrandan 37 idmançının qatıldığı kubokda İran komandasına Mehdi Abdullahi başçılıq edir və Natiq Məfaxiri, Seyyidə Fatimə Rəfii və Südabə Bruməndi isə baş məşqçilik edir.
İranın Kung Fu Komitəsinin banisi və sədri Dariuş Nəsrzadə bu barədə deyib: Kubokda iştirak edən 37 iranlı idmançıdan 12 nəfəri qız, qalanları isə oğlandır. Onlardan bəzisi Asiya və Avropa çempionu olmuşlar.
Nəsrzadə Dünya Kubokunda güclü idmannçıların iştirak etdiyini, Rusiya və Azərbaycan Respublikası idmançılarını iranlı idmançıların əsas rəqibləri olduğunu bildirib.
İranlı idmançılar Dünya Kubokunda sərbəst və yarım-sərbəst sistemində mübarizə aparırlar.