Zərif bu gün Bakıya gedir
-
Zərif bu gün Bakıya gedir
İran İslam Respublikasının xarici işlər naziri bu gün günortadan sonra İran, Türkiyə və Azərbaycanın XİN başçılarının üçtərəfli iclasında iştirak etmək üçün Bakıya səfər edir.
İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bu gün Bakıya daxil olduqdan sonra İran İslam Respublikasının Bakıdakı səfirliyinin təmir edilmiş binalarının yenidən istifadəyə verilməsi mərasimində iştirak edəcək və bu gecə də Bakıdakı iranlılarla görüşəcək.
İİR XİN rəhbəri sabah Azərbaycan Respublikası prezidenti, Türkiyə və Azərbaycan XİN başçıları ilə ayrı-ayrılıqda görüşlərdən sonra İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin 5-ci iclasında iştirak edəcək.
Bu iki günlük səfər sabah günorta üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı ilə sona çatacaq.