Azərbaycan R-dakı iranlı sahibkarların iki milyard dollarlıq investisiyası
https://azeri.sahartv.ir/news/azərbaycan-i289791-azərbaycan_r_dakı_iranlı_sahibkarların_iki_milyard_dollarlıq_investisiyası
İranın Azərbaycan Respbulikasındakı səfiri deyib: İranlı sahibkarlar son 20 ildə Azərbaycan Respbulikasında təqribən iki milyard dollarlıq investisiya həyata keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2017 06:58 Asia/Baku
  • Azərbaycan R-dakı iranlı sahibkarların iki milyard dollarlıq investisiyası

İranın Azərbaycan Respbulikasındakı səfiri deyib: İranlı sahibkarlar son 20 ildə Azərbaycan Respbulikasında təqribən iki milyard dollarlıq investisiya həyata keçiriblər.

Cavad Cahangirzadə dünən gecə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıda yaşayan bir qrup iranlı ilə görüşü mərasimində əlavə edib: Azərbaycan Respbulikasında təqribən on min iranlı yaşayış, iş və ya təhsil ilə məşğuldur. Onların başlıca məşğuliyyəti ticarət və investisiyadır və indiyədək Azərbaycan Respbulikasında təqribən 450 iranlı şirkət qeydə alınıb.

İranın Azərbaycan Respbulikasındakı səfiri deyib: Təqribən 2500 iranlı tələbə də Azərbaycan Respbulikasının universitetlərində stomatologiya, əczaçılıq, mühəndislik və incəsənət daxil olmaqla müxtəlif ixtisaslar üzrə təhsil alır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə Azərbaycan Respbulikasında yaşayan iranlılar qarşısında bütün dünyadakı iranlıları iranlı cəmiyyətin ən müvəffəq şəxsləri adlandırıb və belə deyib: Onlar iranlı mədəniyyət və cəmiyyətin bir uğurlu, mədəni və sağlam nümunəsidirlər.