İslam həmrəyliyi beynəlxalq konfransı
https://azeri.sahartv.ir/news/azərbaycan-i289917-İslam_həmrəyliyi_beynəlxalq_konfransı
"İslam həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfrans Azərbaycan Respublikasının prezidenti və İranın prezident aparatının məsul şəxsi Mahmud Vaizinin iştirakı ilə bu gün Bakıda keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 21, 2017 15:39 Asia/Baku
  • İslam həmrəyliyi beynəlxalq konfransı
    İslam həmrəyliyi beynəlxalq konfransı

"İslam həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfrans Azərbaycan Respublikasının prezidenti və İranın prezident aparatının məsul şəxsi Mahmud Vaizinin iştirakı ilə bu gün Bakıda keçirilib.

Bu beynəlxalq konfransda müxtəlif ölkələrin başçılarının xüsusi nümayəndələri, beynəlxalq orqanların təmsilçiləri və məsul şəxsləri, eləcə də 40 ölkədən olan elmi və dini şəxsiyyətlər və rəsmilər iştirak ediblər.

Qafqaz Müsəlmanları Ruhani İdarəsi və Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən keçirilən "İslam həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransda bu ölkənin prezidenti İlham Əliyev çıxış edib. 

İclasda İran prezidenti Həsən Ruhani, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, eləcə də Rusiya arxiyepiskopunun müraciətləri qiraət olunub.