Dek 23, 2017 09:34 Asia/Baku
  • AR hərbi heyəti Tehrandakı Cəmaran ürək xəstəxanasında olub
    AR hərbi heyəti Tehrandakı Cəmaran ürək xəstəxanasında olub

Azərbaycan Respublikasından gəlmiş hərbi heyət Tehrandakı Cəmaran ürək xəstəxanasında və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in yatırıldığı məkanda olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səhiyyə İdarəsinin baş müdiri general-mayor Natiq Əliyev İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavini general Əhməd Abdullahi ilə görüşdə Sepah baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavininin səmimi qarşılamasından razılıq və Azərbaycan Respublikası prezidentinin salamını təqdim edərək, bir çox ortaqlıqlara görə, iki ölkə əlaqələri və anlaşmalarının genişlənəcəyinə ümidvar olduğunu bildirib.

General-mayor Natiq Əliyev əlavə edib: İran hərbi səhiyyə, müalicə və döyüş qabiliyyətlərində təqdirəlayiq irəliləyişlərə malik olubdur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavini general Əhməd Abdullahi də deyib: İran və Azərbaycan Respublikasının ortaqlıqlarına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu ikitərəfli hərbi əməkdaşlıqların genişlənməsini alqışlayır.

Teqlər