AİP lideri Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i290569-aİp_lideri_mövsüm_səmədov_donald_trampın_qüds_qərarına_kəskin_etiraz_etdi
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 17:24 Asia/Baku
  • AİP lideri Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz etdi
    AİP lideri Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz etdi

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz edib.

İslaminSesi bildirir ki, AİP lideri son günlərdə Qüds ətrafında baş verən siyasi oyunlardan narahatlığını dilə gətirib. O bildirib ki, hər bir müsəlman kimi bu onu da narahat edib. O öz etirazını bu şəkildə ifadə edib: "ABŞ prezidentinin Qüdslə bağlı haqsız qərarı bir müsəlman və Qarabağ işğalını əyani yaşamış azərbaycanlı olaraq bizi də hiddətləndirdi. Son hadisələr onu göstərdi ki, yalnız birlik və vəhdət nəticəsində İslam dünyası, qaşısına çıxan bütün problemləri, o cümlədən Qüds və Qarabağ problemini həll etmək iqtidarındadır”.