Azərbaycandan sionist rejimə orqan qaçaqmalçılığı
https://azeri.sahartv.ir/news/azərbaycan-i292195-azərbaycandan_sionist_rejimə_orqan_qaçaqmalçılığı
Azərbaycan qəzetlərindən biri bu ölkədən sionist rejimə orqan qaçaqmalçılığının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2018 13:13 Asia/Baku
  • Azərbaycandan sionist rejimə orqan qaçaqmalçılığı
    Azərbaycandan sionist rejimə orqan qaçaqmalçılığı

Azərbaycan qəzetlərindən biri bu ölkədən sionist rejimə orqan qaçaqmalçılığının artmasından xəbər verib.

Azərbaycan Respublikasında çıxan Olaylar qəzeti dünən Vaşinqton Post qəzetinin Kossovo respublikasının Priştina polisinin orqan mafiyası üzvlərinin müəyyənləşdirilməsindəki uğurlu əməliyyatı barədə yazıb: Kossovo polisinin təhqiqatlarının nəticələri göstərir ki, Priştinada yerləşən Medikus klinikası daha çox Türkiyə və sovet ittifaqından ayrılan respublikaların vətəndaşlarından ibarət olan orqan satıcılarının bədən orqanlarını israilli alıcılara satır. 

İsrailli orqan alıcıları hər bir böyrəyə 80000-100000 avro ödəyirlər. 

Priştina polisi həmçinin Kiprdə orqan alveri ilə məşğul olan sionist rejim pasportuna malik bir nəfərin həbs edilməsindən xəbər verib.