AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Brüsselə səfəri
https://azeri.sahartv.ir/news/azərbaycan-i292467-ar_silahlı_qüvvələrinin_baş_qərargah_rəisinin_brüsselə_səfəri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun toplantısında iştirak etmək üçün Brüsselə gedib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2018 05:04 Asia/Baku
  • AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Brüsselə səfəri
    AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Brüsselə səfəri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun toplantısında iştirak etmək üçün Brüsselə gedib.

Qafqaz Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib ki, general Nəcməddin Sadıqov NATO-nun Əfqanıstanın vəziyyətinə həsr olunmuş iclasında iştirak etmək üçün bazar ertəsi günü Brüsselə səfər edib.

NATO toplantısı bu gün, çərşənbə axşamı günü Brüsseldə keçirilməlidir.

Son vaxtlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkənin Əfqanıstandakı hərbi kontingentinin sayının artdığını elan edibdir.